Anerkennung

Hal-hazırda Milli İş axtarma vizasına müraciət zamanı yeni çıxmış qərara əsasən “Anerkennung” yəni Diplomun Alman diplomu ilə eyniləşdirilməsi və ya tanıdılması, Almaniyada Azərbaycan diplomunun keçərli olub olmamasının yoxlanılması tələb olunur. Proses biraz uzun çəkən olsada, həll oluna biləndir. Əslinə baxsaq Anerkennung deyildikdə, əsasən Approbation nəzərdə tutulur. Lakin bildiyimiz kimi Approbationun alınmasına kimi bir çox mərhələlər vardır, hansı ki ilk öncə FSP İmtahanı verilməli, daha sonra İş icazəsi (Berufserlaubnis) alınmalı, daha sonra Approbationa müraciət edilməlidir. Approbationu 2 yolla əldə etmək mümkündür. 1-cisi İmtahan yoluyla, bu zaman imtahan Termini ən tez İş icazəsinnən 6 ay -1 il sonraya verilir və 2-cisi Gutachter yolu ilə, yəni Azərbaycan Tibb təhsilininin Alman Tibb təhsili ilə “eyniləşdirilməsi”, əskikliklərin aşkar olunması ilə birgə sizə imtahansız Approbationun verilməsi prosesi. Bunu da özünüz və ya hər hansısa Vəkilin dəstəyi ilə edə bilərsiniz. Proses uzun zaman ala bilir və nəticəsi pozitiv olmaya da bilər.Yəni sizin müraciətinizə imtina verilir və imtahan verməyiniz tələb edilir. Qeyd etdiyimiz kimi bu yolla Milli viza alınması aylar hətta illər ala bildiyindən, tələb olunan sənəd Approbation sayıla bilməz. 

Bu halda biz necə Milli vizaya müraciət edə bilərik? Hansı sənədi təqdim etməliyik? Və ya başqa yolumuz varmı?

1ci yol. Əgər sizin iş görüşləriniz 1 ay sonra və ya maksimim 2 ay sonradırsa, məsləhətdir ki, Şengen vizaya müraciət edib 3 aylıq Şengen vizayla gəlib həm görüşlərə gedəsiniz, həm də İş icazəsi üçün sənədlərinizi verəsiniz. 3 ay bunun üçün yetərlidir. Sadəcə Azərbaycana 1 dəfə gedib qayıtmağınız maddi cəhətdən əlavə xərc olacaqdır. 

2ci yol. Əgər sizin kifayət qədər vaxtınız varsa o zaman 1ci sənədlərinizi İş icazəsi üçün hazırlayırsınız. Hansı əyalətdə İş icazəsinə müraciət edəcəksinizsə sənədlər o əyalət üzrə hazırlanmalıdır. Daha sonra sənədlər tərcümə və təsdiq (beglaubigte Kopie – Azərbaycanda səfirlikdə olunur) olunur və iş icazəsi üçün poçtla müvafiq əyalətin müvafiq idarələrinə (Gesundheitsamt və ya Ärztekammer) göndərilir. Daha sonra sizə sənədlərinizin daxil olması və doğruluğu barədə təsdiq gəlir.Və əyalətdən asılı olaraq sizin FSP imtahanına qeydiyyatdan keçməyiniz tələb olunur. Daha sonra FSP ödənişini ödəyərək imtahana Termin alırsınız. Bu hər iki sənədi birgə verməklə də siz qeyd olunan problemi həll edə bilərsiniz. Bu o deməkdir ki, əgər sizin sənədlər əyalətin rəsmi orqanı tərəfindən qəbul edilb, sizə FSP imtahanını verəcəyiniz halda İş icazəsi veriləcəyi barədə təsdiq gəlibsə, demək sizin Diplomunuz tanınır. Dolayısıyla problem çözülmüş olur. 

Bəs hansı əyalətlərə Azərbaycannan birbaşa, Almaniyaya getmədən İş icazəsi üçün müraciət edə bilərik?

Hal-hazırda yalnız Rheinland – Pfalz əyaləti üçün bunu Azərbaycannan etmək mümkündür. Çünki bu əyalətdə hələ ki, FSP imtahanı üçün Zusage və ya Anmeldung tələb olunmur. Qalan digər əyalətlərdə bu iki sənəddən biri tələb olunduğunnan və bu sənədlərində Azərbaycannan alınması qeyri real olduğundan (Əgər Vorstellungsgespräch Skype ilə olubsa və sizə Zusage verilibsə o zaman alına bilər), demək olarki İş icazəsinə müraciət etmək olmur. Və ya edildikdə çatışmayan sənəd kimi sizdən tələb olunur.

Bəs hansı yol daha effektlidir? Və ya hansı problemlərlə qarşılaşa bilərik? 

1cisi Milli viza variantında, Azərbaycannan Rheinland-Pfalz əyalətinə çoxlu sayda müraciətlərin daxil olması təbii ki, qeyd edilən idarəni daha əlavə qaydalar çıxarmasına (Zusage və ya Anmeldung və s.) səbəb olacaq. Əgər işlər uğurlu getsə, siz Rheinlandda FSP verməli olacaqsınız.İmtahan orta ağırlıqda və proseslər tez gedir, bu müsbət tərəfi. Lakin İş icazəsi üçün siz Rheinlandda Zusage almalısınız. Əgər ala bilməsəniz bu zaman digər əyalətlərdə iş axtarma və daha sonra sənədlərinizi Rheinlanddan çəkib yeni əyalətə verməyiniz aylarınızı alacaq. Dolayısıyla Şengen viza ilə gedənlər vaxt cəhətdən sizdən qabağa düşəcək.

Şengen viza ilə getmək...

1-cisi Şengen vizaya müraciət etməmişdən qabaq ən azə 3-4 iş görüşləri tapırsınız. İş görüşlərinizi FSP imtahanı daha rahat və İş icazəsi prosesinin daha az müddət davam etdiyi əyalətlərdə axtarmağınız məsləhətdir (Mecklenburg Vorpommern, Schleswig Holstein, Hessen, Baden Württemberg, Rheinland Pfalz, Sachsen Anhalt, Sachsen, Bremen). Daha sonra 3 aylıq Hospitasiya dəvətiylə viza alırsınız. 3 aylıq Hospitasiya müddətində iş görüşlərinə gedərək Zusage alırsınız, və iş tapdığınız əyalətdə İş icazəsinə müraciət edirsiniz. Əgər vizanızın müddəti FSP imtahanına yetməsə, bu halda gediyə qayıdarkən artıq Milli vizaya müraciət etmək üçün əlinizdə lazım olan sənədlər olmuş olur. Və ya əgər vaxtınız yetib İş icazəsi ala bilsəniz (Baden Württemberg əyalətində FSP öncədən verilmədiyindən 3 ay ərzində iş taparaq iş icazəsi almaq mümkündür), o halda Bakıdan İş vizasına (Blaue Karte) müraciət edə bilərsiniz. 

Qeyd : Hal-hazırda bəzi işbazlar kolleqaların çaşqınlığından istifadə edərək, 800 manat və ya daha yüksək məbləğdə bu problemi çözəcəklərini vəd edirlər. Problemin əsas həll yollarını yuxarıda qeyd etdik. Seçim sizindir.

Qeyd etmək istərdik ki, yuxarıdaki xidmətlər bizimlə əməkdaşlıq edən Kolleqalar üçün pulsuz həyata keçirilir. 

Birdaha hər birinizə bu yolda uğurlar və müvəffəqiyyətlər arzu edirik!

Hörmətlə,

Deazmed MMC

Məlumatlar və xəbərlər

Fintiba hesabından Almaniyada istifadə edilməsi (Entsperrung)
Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
FSP Termini ilə alınan Viza
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər

Sosial Media