Həkimlər üçün İş axtarma

Siz bizim vasitəmizlə Almaniyada istənilən ixtisasda iş tapa və gələcək karyeranızı qura bilərsiniz. İstənilən Tibb Universitetinin Diplomu olan şəxslər bizim xidmətdən yararlana bilərlər. Daha sonra 2ci və əsas tələblərdən biri isə minimum B 2 səviyyəsində Beynəlxalq dil Sertifikatının olmasıdır (Telc. Goethe və s.).

İş axtarma  ilə bağlı müraciət etmək üçün səhifənin MÜRACİƏT ET bölümündən formu dolduraraq və ya bizim əlaqələrdən istifadə edərək (e-mail, whatsapp) lazım olan sənədləri bizə göndərə bilərsiniz.Daha sonra qısa zamanda müraciətiniz haqqında ətraflı məlumat alacaqsınız.

İş axtarma xidmətini paket şəklində, 2 dəfə ödəniş etməklə təklif edirik. Ümumi məbləğ 5500 AZN. İlkin olaraq tərəflər arasında müqavilə bağlanır və 2500 AZN depozit qoyulur. Daha sonra sənədlər hazırlanır və iş axtarma prosesi başlayır. Bundan sonra sizi iş görüşünə şifahi və yazılı olaraq hazırlayırıq. İşə qəbul sənədi (Zusage) aldıqdan sonra sənədlərin hazırlanıb İş icazəsi üçün verilməsini təşkil edirik (tərcümə, təsdiq və ya poçt xidmətləri ödənişə daxildir). İş icazəsi alındıqdan sonra işə başlamaq üçün lazım olan bütün sənədlərin toplanmasında bilavasitə köməklik edirik. Qalıq ödəniş (3000 AZN) işə başladıqdan sonra ödənilir. Bir sözlə bütün mərhələlərdə sizi dəstəkləyirik.

Qeyd 1: Tam Paket:  İş görüşü + Hospitasiya paketi. Qiymət 6500 AZN. Bura İş görüşləri və 3 aylıq Hospitasiya (pulsuz qidalanma və otaq daxil) daxildir. (2500 AZN müqavilə zamanı və 4000 AZN maaş aldıqdan sonra 3 hiss olmaqla ödənilir). Əlavə olaraq sənədlərin Almaniyada kopya təsdiqi (begaubigte Kopie) və andlı tərcüməsi, eləcə də poçt xidmətləri (Azərbaycan-Almaniya və Almaniya daxili) qiymətə daxildir.

Qeyd 2: Gələcək iş yeri seçimi üçün öncədən birlikdə qərar verilir (Hansı əyalətlərdə iş görüşlərinin axtarılması, Klinika və ya Şəhər seçimi).

Qeyd 3: İş axtarışı zamanı əvvəllər xidmətlərimizdən istifadə edənlərə xüsusi güzəştlər edilir.

Məlumatlar və xəbərlər

Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
FSP Termini ilə alınan Viza
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər
Anerkennung

Sosial Media