Fintiba hesabından Almaniyada istifadə edilməsi (Entsperrung)
Bağlı Bank hesabından (Sperrkonto) Almaniyada istifadə qaydası.
Almaniyada olmamış və ya alman hesabı olmayanlar üçün.
1. Hər hansı dostunuzun, qohumunuzun Hesab nömrəsin istifadə edə bilərsiniz (Bunun üçün hesab nömrəsin Fintiba və ya Expatrio da sistemə daxi edirsiniz və aylıq məbləğ qeyd edilən hesaba köçəcək)
2. Digər yol öz hesabınıza köçürməkdir. Bunun üçü ilk öncə sizə bir Alman hesabı (Girokonto) lazım olacaq. Bu hesabın Sperrkontodan (bağlı hesablar) fərqi odur ki,
istədiyiniz zaman istədiyiniz məbləğdə pul qoya və çıxara bilərsiniz. Ancaq bağlı hesablarda (Sperrkonto) yalnız aylıq müəyyən məbləğdə (1023 EUR hal-hazırda) hesabdan çıxarış etməyə icazə verilir. Girokonto açmaq üçün istənilən Alman bankına (Deutsche Bank, Sparkasse, Volksbank və s.) yaxınlaşaraq kart (hesab) sifariş edə bilərsiniz. Bunun üçün tələb olunan sənədlər aşağıdakılardır:
1. Passport
2. Meldebescheinigung (Anmeldung)
3. Steuer Identifikationsnummer (Steuer ID)
İndi isə bu sənədləri necə əldə edəcəyiniz barədə.
Passport təbii ki, üzərinizdə olacaq. 2-ci sənədi almaq üçün yaşadığınız şəhərə qeydiyyat (anmelden) olmalısız. Bunun üçün aşağıdakı linkdən "Wohngeberbestätigung" adlı faylı Print edərək qaldığınız Klinikanın kadrlarından (yataqxanada qalanlarda) və ya hər hansı qohum evində qalırsınızsa o şəxslər tərəfindən doldurulub imzalanmalıdır.
Daha sonra Rathausa (Stadthaus, Stadtverwaltung və s. adlana bilər) pasportunuz və bu sənədlə birgə yaxınlaşaraq qeydiyyata (Anmeldung) düşürsüz. Bu zaman 2ci sənəd (Meldebescheinigung) sizə veriləcək. Rüsum yoxdur. 3-cü sənəd isə qeydiyyata düşdükdən sonra avtomatik evinizə poçtla göndərilir. Bu daha doğrusu sənəd yox xüsusi bir koddur. Əgər bu sənəd gecikirsə və ya almamısınızsa o zaman bu linkdən online sifariş edə bilərsiniz.
Bununla siz Girokonto aça bilirsiz. Kartınız və parolunuz 1 həftə içərisində ayrı ayrı poçtlarla ünvanınıza göndəriləcək.
İndi bağlı hesabımızdan (Sperrkonto) pulu açıq hesabımıza (Girokonto) pul köçürə bilərik.
Bunu FİNTİBA üzərində izah edəcəyik.
fintiba.com saytına giriş edirsiz. daha sonra hesabınıza daxil olursuz. Əgər vizanızı əlavə etmisinizsə sizdən telefon nömrənizi təsdiqləməyiniz tələb olunacaq. Alman nömrənizi daxil edirsiz 6 rəqəmli nömrənizə gələn kodu tələb olunan xanalara daxil etməklə təsdiqləyirsiz. Daha sonra sizdən hesab əlavə etməyiniz tələb olunacaq. Bura Girokonto hesabınızı (DE ilə başlayan) daxil edib təsdiqləyirsiz. (yenə nömrənizə gələn kodla). 1-2 gün ərzində aylıq məbləğ (hazirda 1023 EUR) hesabınıza köçəcək.
Qeyd: Almaniyaya gəldikdən sonra pulunuzu çəkməyiniz məsləhətdir. Çünki hesabda pul qaldıqda aylıq 4-5 avro arası rüsum tutulur.
Qeyd: Bizim tərəfdən açılmış hesablarda adətən köçürmə işlərini köməklik edirik.
DEAZMED Consulting Group
AP PLAZA, Xan Şuşinski küç. 17
Olimpik Star kompleksinin yaxınlığında
AZ + 994 50 607 81 64 (Azərbaycan)
DE + 49 176 88 171 808 (Almaniya)
E-Mail: info@deazmed.az
Facebook: Almaniyada Rezidentura - Deazmed Consulting Group
Instagram: @deazmed