Əgər siz Azərbaycanda və ya hər hansı bir ölkədə Tibb Texnikumunu bitirmisinizsə və bunu təsdiq edən hər hansı sənədiniz (Diplom, Sertifikat) varsa, siz Alman Klinikalarında Tibb bacısı (Krankenschwester) və ya Xəstə baxıcısı (Krankenpfleger) kimi Praktika keçə bilərsiniz. Praktikanın müddəti 1 həftədən 3 aya kimi ola bilir. Praktika müddətində siz xəstələrə qulluq etməyi öyrənəcəksiniz, müəyyən tibbi göstərişləri nəzarət aldında edəcəksiniz (İnfuzionları qoşmaq, dərmanları vermək, yaralara qulluq, qidaların paylanması, xəstələrə qulluq və s.). Praktikanın sonunda sizə rəsmi sertifikat verilir. Bəzi Klinikalarda pulsuz qidalanma ala bilərsiniz. Qalma yeri klinikadan asılı olaraq verilə bilər.