Tibbi dil imtahanı (FSP)

Tibbi alman dili (Fachsprachprüfung-FSP) hal-hazırda Almaniyanın bütün əyalətlərində tələb olunur. Bir sözlə Almaniyada işləmək – Rezidentura etmək planınız varsa bu imtahanı mütləq verməlisiniz. İmtahan zamanı siz İş icazəsinə (Berufserlaubis) müraciət edərkən Əyalətin Səhiyyə idarəsi (Ärzekammer) tərəfindən təyin olunur.Sənədlərinizi İş icazəsinə təqdim edərkən artıq imtahana qeydiyyat olunursunuz. Daha sonra sizə İmtahanın ödənişinə dair məktub gəlir.Ödəniş (350 Avrodan 500 Avroya kimi dəyişir qiymət) etdikdən bir neçə gün sonra İmtahana Termin verilir. Hal-hazırda Baden-Württemberg və Schleswig-Holstein əyalətində FSP imtahanı vermədən İş icazəsi almaq mümkündür.Bu əyalətlərdə 6-12 ay ərzində FSP imtahanını vermək öhdəliyi qoyulur. Qalan bütün Vilayətlərdə isə öncədən FSP imtahanı verilməlidir, imtahanı keçdikdə isə sizə Berufserlaubnis verilir. İmtahan əsas 3 hissədən ibarətdir (bəzi əyalətlərdə isə əlavə hissələrdə olur). Hər bir hissə 20 dəqiqə davam edir.3 əsas hissənin 1-cisi Həkim-Xəstə söhbəti (Anamnez) mərhələsidir. Bu zaman siz hər hansı bir xəstə ilə və ya xəstə rolunu oynayan həkimlə söhbət aparmalı, anamnez toplamalı və vacib suallarınızı verib məlumatları qeyd etməlisiniz.Əlavə olaraq xəstəyə sonrakı prosedurları və taktikaları, planlanan müayinə və müalicə metodlarını izah etməli, xəstənin suallarına cavab verməlisiniz.2-ci mərhələdə toplanılmış məlumatlar əsasında Həkim məktubu (Arztbrief) yazmalısınız. Məktubu maksimum texniki və qrammatik səhvsiz yazmalısınız.3-cü mərhələdə isə xəstəni həkimlərə təqdim etməlisiniz. Bu mərhələdə siz həkimlərə xəstə barədə ümumi məlumat verməli, şikayətləri, ilkin diaqnozunuz, müalicə taktikanız və s. barədə ətraflı məlumat verməli, fikirlərinizi əsaslandırmalısınız.Yəni hansı müayinədən hansı cavab gözləyirsiniz və bundan sonrakı taktikanız necə olacaq. Bu zaman sizin tibbi biliklərinizə deyil əsas Alman dilində danışığınıza və sistemi nə dərəcədə anlamağınıza fikir verilir.Bəzi vilayətlərdə 4-cü mərhələ kimi bəzi tibbi terminlərin Alman dilindən Latın dilinə və əksinə tərcümə etməyiniz tələb olunur. Əlavə olaraq bəzi əyalətlərdə 4-cü hissə kimi Labaratoriyadan zəng gələ (xəstəyə aid hər hansı bir analizin cavabı deyilir) və ya hər hansı bir müayinənin nəticəsi və s. təqdim oluna bilər. İmtahanın sonunda kiçik bir gözləmədən sonra sizə nəticəniz deyilir. Və bundan sonra siz C1 səviyyəsində Sertifikat alırsınız. Daha sonra sizə uyğun olaraq İş icazəsi verilir.

Qeyd: Saytın YÜKLƏMƏLƏR bölümündən FSP dərsləri; imtahanda düşmüş Falları və FSP materiallarını yükləyə bilərsiniz

Məlumatlar və xəbərlər

Fintiba hesabından Almaniyada istifadə edilməsi (Entsperrung)
Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
FSP Termini ilə alınan Viza
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər

Sosial Media