Approbation

Approbation və ya diplom tanıtımı. Almaniyada hər bir Universitet təhsilini bitirən tələbə sonda bir neçə imtahan verərək Approbation alır və Həkim olur. Bundan sonra istədiyi İxtisasa uyğun rezidenturaya başlaya bilər. Bizim ölkədən gedənlərdə də bu qayda keçərlidir.Yəni hər bir şəxs Rezidentura üçün mütləq Alman Aprobationuna sahib olmalıdır. Bunun üçün ilkin şərt Berufserlaubnis yəni iş icazəsi və Tibbi Alman dili imtahanıdır (FSP).Approbationu almaq üçün 2 üsul vardır. 1-ci üsul imtahansız, yəni fənnlərin alman tədris planı ilə tutuşdurulması, çatmayan saatların və ya fənnlərin uzlaşdırılması. Qeyd edərdik ki, hal-hazırda bəzi əyalətlərdə Azərbaycan diplomlarına birbaşa yoxlanmasına (Gutachter) imtina verilir və 2-ci yol ilə, yəni imtahanla vermək tələb olunur.İmtahan 2-i əsas (Cərrahiyyə və Terapiya) və  1-i əlavə (Farmakologiya, Nottfallmedizin və s.) olmaqla 3 ixtisas fənnlərindən ibarət olur. İş icazısi aldıqdan sonra siz  Approbation imtahanı üçün müraciət etməlisiniz.Bundan sonra imtahana bir müddət qalmış imtahana düşəcək fənnlər, imtahan götürəcək komissiyanın üzvləri və imtahanın ödənişi bildiriləcək.İmtahan şifahi və yazılı olmaqla bir növ FSP imtahanına bənzəyir.Lakin artıq bu imtahanda daha ətraflı və tibbi biliklər yoxlanılır.İmtahana düşən falları həm internetdə, həm də bizim səhifədən baxa bilərsiniz.

İmtahanı uğurla verdikdən sonra sizə Approbation verilir və bundan sonra artıq Rezidentura təhsilinizə başlayırsınız.

Qeyd: Apprabation Protokolları və imtahana düşmüş Falları saytın YÜKLƏMƏLƏR bölümündən yükləyə bilərsiniz.

Məlumatlar və xəbərlər

Fintiba hesabından Almaniyada istifadə edilməsi (Entsperrung)
Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
FSP Termini ilə alınan Viza
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər

Sosial Media