İş icazəsi dedikdə 2 Termin nəzərdə tutulur. 1-cisi Berufserlaubnis yəni Peşə icazəsi.Daha doğrusu sizin həkim kimi Almaniyada işləməyinizə verilən bir sənəddir. 2-cisi isə Arbeitserlaubnis və ya ümumi iş icazəsi.Bunu tək həkimlər deyil, Almaniyada çalışmaq istəyən hər bir xarici vətəndaş almalıdır. Əsas və bizə önəmli olan birincici, yəni Berufserlaubnisdir ki, bunu almadan ikincisinə müraciət etmək olmur. Berufserlaubnisə müraciət etmək üçün hər bir Əyalətin ayrıca ixtisaslaşmış Səhiyyə idarəsi olur (Ärztekammer). Həmin idarələrin rəsmi internet saytlarında (və ya saytımızın YÜKLƏMƏLƏR bölümündə) vacib olan sənədlrin listi yerləşdirilib.Həmin sənədləri Toplayaraq poçtla göndərə və ya birbaşa gedərək təqdim edə bilərsiniz. Adətən bu iki təqdim etmə arasındakı fərq sənədlərin daxil olması haqqında təsdiqin (Eingangsbestätigung) birbaşa təqdim etdikdə yerindəcə verilməsidir (Bəzi landlarda birbaşa təqdim edildikdə belə təsdiq verilmir).Sənədlərin listi hər bir Əyalət üçün müəyyən qədər dəyişsədə, standart olaraq bu sənədlər listdə olur:
1.Antrag (Müraciət məzmunu olan başvuru sənədi)
Bu sənəd bütün əyalətlər üçün xüsusi formada olur və saytlarından yükləyərək doldurub imzalayırsınız
2.Erklärung (İzahat)
Bu sənəd də xüsusi formada ayrıca və ya Antragın içində olur, yükləyərək doldurub imzalayırsınız. Hər hansı cəzanızın və ya cərimənizin olmaması barədə izahatdır
3.Lebenslauf (Tərcümeyi hal)
Tərcümeyi-halda bütün məlumatlarınız, təhsiliniz, ixstisasartırma təhsiliniz, iş təcrübəniz və s. Qeyd olunmalıdır. Sonda Ort/Datum (Yer/Tarix) və Unterschrift (İmza) yeri olmalıdır.
4.Identitätsnachweis (pasport və ya hər hansısa beynəlxalq vəsiqəniz)
Beglaubigte Kopie (Surətin təsdiqi) olunur, o göndərilir
5.Heiratsurkunde (Nigah şəhadətnaməsi) evli olanlar üçün!
Beglaubigte Kopie (Surətin təsdiqi) olunur, Beglaubigte Kopie tərcümə olunur, o göndərilir
6.Geburtsurkunde (Doğum şəhadətnaməsi)
Beglaubigte Kopie (Surətin təsdiqi) olunur, Beglaubigte Kopie tərcümə olunur, o göndərilir
7.Nachweis über die deutschen Sprachkenntnisse (Alman dili sertifikatı)
Minimum B2 səviyyəsində və beynəlxalq sertifikatlar olmalıdır (Telc, Goethe və s.)
Beglaubigte Kopie (Surətin təsdiqi) olunur, o göndərilir
3 ildən köhnə olmamalıdır
8.Stellenzusage (İş yeri)
Bu sənəd hal-hazırda İş icazəsi üçün bütün landlarda tələb olunur. Bir sözlə əgər sizin iş yeriniz yoxdursa, siz iş icazəsini necə verilə bilər?
Qeyd: Zusage tələb olunmayan landlarda, yəni Rheinland Pfalzda və Mecklenburgda (Zusage yoxdursa qeydiyyat lazımdır/Anmeldung) siz FSP imtahanına anmelden olub imtahanı verə bilərsiniz. Ancaq iş icazəsi üçün mütləq sizə sonra Zusage lazımdır.
9.Polizeiliches Führungszeugnis aus der Bundesrepublik Deutschland (Almaniyadan alınan məhkumluq/polisdən arayış)
Almaniyaya səfər etmiyənlər bu sənədi təqdim etmirlər. Almaniyada bu sənədi almaq üçün ilk öncə qeydiyyatınız olmalıdır. Daha sonra Stadtverwaltunga/Rathausa (Qeydiyyatda olduğunuz şəhər idarəsi) yaxınlaşırsınız və pasportunuzu təqdim edərək bu sənədi hansı ünvana lazımdırsa göndərilməsi üçün müraciət edirsiniz. Sənəd sizə verilmir.Özləri hara lazımdır ora göndərirlər. 13 avro rüsumdur.Əgər Azərbaycandasınızsa o zaman xüsusi blankı (Saytımızdan yükləyə bilərsiniz) dolduraraq səfirliyə yaxınlaşırsız. Pasportunuzla birgə.Üzərinizdə 13 avro rüsumun ödənilməsini təsdiq edən qəbz və səfirliyin rüsumu (təxminən 45 avro) olmalıdır.
Səfirlikdə möhürləndikdən sonra sənədi poçtla bu ünvana göndərirsiniz:
Bundesamt für Justiz, Bundeszentralregister
Referat IV 2
53094 Bonn
13 avronu bu hesaba köçürməlisiz:
Deutsche Bundesbank – Filiale Köln
IBAN-Nr.: DE49370000000038001005
BIC.: MARKDEF1370
Verwendungszweck (ödənişin məqsədi) yerində Berufserlaubnis als Arzt/Ärztin yazılmalıdır.
3 aydan köhnə olmamalıdır
10.Polizeiliches Führungszeugnis aus dem Herkunftsland (Azərbaycandan alınan məhkumluq arayışı)
Vəsiqənizlə Asan xidmətə yaxınlaşaraq 10 dəqiqə ərzində ala bilərsiniz.Əgər özünüz Azərbaycanda deyilsinizsə o zaman etibarnamə verdiyiniz şəx bunu sizin əvəzinizə edə bilər.
Andlı tərcümə olunur, sənədin və tərcümənin əsli göndərilir
3 aydan köhnə olmamalıdır
11.Nachweise über die im Ausland abgeschlossene ärztliche Ausbildung (Bakalavr təhsilinizə və ixtisas təhsilinə aid diplomlar, əlavələri və digər sənədlər)
Bəzi əyalətlərdə Diplomların Apostil və ya leqalizasiya olunması tələb olunur.
Siz bunu XİN-də edə bilərsiniz. 1 həftə ərzində hazır olur.Bəzi əyalətlər Apostili özləri etdirir və bunun üçün əlavə ödəniş tələb edirlər.
Andlı tərcümə olunur, tərcümə beglaubigte Kopie (Surətin təsdiqi) olunur, o göndərilir
3 aydan köhnə olmamalıdır
12.Unbedenklichkeitsbescheinigung/ Certificate of Good Standing (Azərbaycanda həkim kimi işləməyinizə məhdudiyyət qoyulmaması barədə arayış)
Səhiyyə Nazirliyindən alınır.Sənədin hazır olması 1 aya kimi davam edir. Bunun üçün Elektron Səhiyyəyə aşağıdakı sənədləri təqdim etməlisiniz:
Andlı tərcümə olunur, sənədin və tərcümənin əsli göndərilir
3 aydan köhnə olmamalıdır
13.Ärztliche Bescheinigung (Həkimnən arayış)
Bu sənəd əksər əyalətlərdə hazır formada olur.Yükləyirsiniz, hər hansı bir Allgemeinmedizin və ya İnnere Medizin Praxisə müayinədən keçib məhürlədirsiniz.
Əsli göndərilir
14.Əmək kitabçası
İşləyən şəxslər və əmək kitabçası olanlar, Beglaubigte Kopie (Surətin təsdiqi) olunur, Beglaubigte Kopie tərcümə olunur, o göndərilir
15.FSP
Hal-hazırda Schleswig-Holstein və Bremen Landlarınnan başqa digər bütün Landlarda İş icazəsi üçün öncədən Fachsprachprüfung (FSP, Tibbi alman dili İmtahanı) tələb olunur (Qeyd edilən əyalətlərdə İş icazəsindən sonra FSP verilməlidir). Bu barədə saytımızın FSP bölümündən ətraflı məlumat ala bilərsiniz.
Sənədlər təqdim edildikdən sonra müəyyən bir müddət gözləyirsiniz.Bu müddət Əyalətlərdən asılı olaraq 1 aydan 7-8 ayadək və bəzən daha çox gecikə bilər. İş icazəsi sənədi sizə poçt vasitəsilə göndərilir.
Digər əlavə sənədləri və əlavə məlumatları hər bir əyalətin saytlarından tapa və ya əlaqə saxlayaraq məlumat ala bilərsiniz.
Qeyd: Saytın YÜKLƏMƏLƏR bölümündən hər bir əyalətlətə aid Antragları və digər sənədləri yükləyə bilərsiniz
Vacib: Azərbaycan və digər dillərdə olan bütün sənədlər andlı (Almaniya məhkəməsi tərəfindən səlahiyyətləndirilmiş) tərcüməçi tərəfindən Alman dilinə tərcümə olunmalıdır. Sənədlərin təsdiqi (Beglaubigte Kopie) Almaniyada rəsmi idarələrdə (Notarius, Stadthaus və s.) və ya Alman səfirliklərində olunmalıdır.