Tibbi praktika (Hospitasiya)

Əziz həkimlər və Tibb Universitetinin tələbələri! Siz bizim vasitəmizlə Alman Klinikalarında 1 həftədən 6 aya kimi istənilən şöbədə Hospitasiya keçə bilərsiniz.Hospitasiya müddətində siz Alman dili biliklərinizi yaxşılaşdıra, eyni zamanda Alman Səhiyyə sistemi ilə yaxından tanış ola və təcrübələrinizi artıra bilərsiniz. Hospitasiya ilə bağlı müraciət etmək üçün səhifənin MÜRACİƏT ET bölümündən formu dolduraraq və ya bizim əlaqələrdən istifadə edərək (e-mail, whatsapp) lazım olan sənədləri bizə göndərə bilərsiniz.Daha sonra qısa zamanda müraciətiniz haqqında ətraflı məlumat alacaqsınız.

Hospitasiya xidmətini 2 paket şəklində təqdim edirik. 

1.Sadə paket : 1 ay 600 AZN; 2 ay 800 AZN; 3 ay 1000 AZN

Qiymətə müvafiq olaraq qeyd olunmuş müddətə uyğun rəsmi Hospitasiya dəvəti və viza sənədlərinin hazırlanması daxildir (rüsumlar və tərcümələr daxil deyil)

2.Standart paket : 1 ay 1100 AZN; 2 ay 1300 AZN; 3 ay 1600 AZN

Qiymətə müvafiq olaraq qeyd olunmuş müddətə uyğun rəsmi Hospitasiya dəvəti, Klinikada pulsuz otaq, viza sənədlərinin hazırlanması daxildir (rüsumlar və tərcümələr daxil deyil)

Qeyd 1: Hospitasiya şəhəri və ya əyaləti seçmək yalnız əlavə ödənişlə mümkündür.

Qeyd 2: Arzulanan hava yolu şirkəti və ya birbaşa uçuş istəyi əlavə ödənişlə mümkündür

Qeyd 3: Hospitasiya üçün öncədən rəsmi müqavilə bağlanılır və ilkin depozit (300 AZN) qoyulmalıdır

Qeyd 4: Hospitasiya daha çətin tapılan ixtisaslarda (Stomatologiya, LOR, Oftalmologiiya, Ürək Cərrahiyyəsi və s.) qiymətlər və paketlər bura aid deyil

Məlumatlar və xəbərlər

Endirimli iş icazəsi-həkimlər üçün (FSP+BE+Viza)
Fintiba hesabından Almaniyada istifadə edilməsi (Entsperrung)
Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər

Sosial Media