Famulatur

Famulatur Tələbələrin keçdiyi praktikalara deyilir Famulatur keçən tələbə Famulant adlanır.Universitet təhsilinin adətən 3, 4 və 5-ci kurs tələbələri Famulatur keçmək üçün müraciət edə bilərlər. Praktik olaraq Hospitasiyadan heç bir fərqi yoxdur, status olaraq Famulant Hospitantdan məvacib almasına və Klinikada müəyyən məşğələlərə (Tədris) qatılmasına görə fərqlənir. Klinikalarda əsasən Famulantlar yerli Alman tələbələr olur. Lakin xarici ölkələrdən də, o cümlədən Azərbaycandan da Famulatura müraciət etmək olar. Famulantların xəstəylə kontaktına rəsmi olaraq icazə verildiyindən, Famulatur üçün viza alarkən İş icazəsi (Arbeitserlaubnis) almaq gərəkir. İş icazəsi almaq üçün yerli İş agentliyinə (Arbeitsagentur) müraciət etmək gərəkir. Sadə bir prosedurdan sonra sizə İş icazəsi verilir. Klinikada aylıq olaraq təqribi 400 Avro məvacib alırsınız və Klinikanın yataqxanasında pulsuz otaqla təmin olunursuz.Əlavə olaraq yeməkxanadan pulsuz olaraq istifadə etmək hüququ qazanırsız.

Məlumatlar və xəbərlər

Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
FSP Termini ilə alınan Viza
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər
Anerkennung

Sosial Media