Praktik il və ya almanca Praktisches Jahr (PJ) sonuncu kurs (6) tələbələrinin keçdiyi Praktikaya deyilir. Almaniyada 5 il baza ali tibb təhsili sayılır və 6-ci il praktiki il sayılır ki, bununda 3 ay terapiya bölümündə, 3 ayı Ümumi cərrahiyyə bölümündə və yerdə qalan aylar isə seçim fənnləri kimi müəyyən şöbələrdə keçirilməlildir.Sonda kursları tamamlamış tələbələr yekun imtahan (Approbasiya) verərək Alman Diplomu alırlar və artıq istədikləri ixtisasda işə başlamaq imkanları olur.
PJ üçün Azərbaycandan 6-cı kurs Tibb tələbələri də müraciət edə bilərlər. PJ Klinikadan müəyyən məvacib alır, klinikadan asılı olaraq pulsuz otaqla və qidalanma ilə də təmin olunmaq olur.
Praktik olaraq PJ bir çox işlərdə aktiv iştirak edə bilər, əməliyyatlarda assistentlik edə, xəstələrlə təmas, anamnez toplamaq, qan almaq və s. edə bilər. Əgər Klinika PJ üçün göndərdiyi dəvətdə məvacibdən bəhs edərsə o zaman Viza üçün iş icazəsi (Arbeitserlaubnis) tələb oluna bilir. Bunun üçün yerli İş Agenturuna müraciət etmək gərəkir. Proses adətən uzun çəkmir və İş icazəsindən sonra sizə viza verilə bilir.