Peşə təhsili haqda ümumi məlumatlar

Orta təhsil bitdikdən sonra Almaniyada hər kəsin qarşısında 2 seçim dura bilir. 1-cisi Ali təhsil (Studium), 2-cisi isə peşə təhsilidir (Ausbildung). Ausbildung üçün qərar verməzdən əvvəl necə Ausbildung etmək, Ausbildungun hansı növləri olduğunu və onların bir-birindən nə ilə fərqləndiyini bilməlisiniz.

Ausbildung müəyyən bir peşə ilə məşğul ola bilmək üçün kursantlara həm nəzəri bilikləri, həm də praktiki bilik və bacarıqları vermək məqsədi daşıyan təhsil növüdür.

Hal-hazırda Almaniyada 2 əsas Ausbildung növü vardır. Bunlardan birincisi schulische Ausbildug (məktəb əsaslı), digəri isə ikili Ausbildungdur (duale Ausbildung).

Schulische Ausbildug ilk növbədə səhiyyə və sosial sektorlardakı peşələr üçün təklif olunur. Burda əsas məqsəd praktiki biliklərdən çox nəzəri biliklərin öyrədilməsidir. Bu peşə təhsili növü ancaq peşə məktəblərində aparılır. Duale Ausbildung isə eyni qaydada həm nəzəri həm də praktiki vərdişlər fərqli məkanlarda tədris edilir. Məsələn zavodlarda, fabriklərdə və ya hər hansı bir şirkətlərdə bu tədris növü aparıla bilir, əsas fərq budur. Məsələn Azərbaycanda da sistem bucür işləyir. Məsələn Tibb bacısı təhsili ancaq texnikomlarda verilir, hər hansı xəstəxana və ya klinika  və ya digər bir şirkət “tibb bacısı” baza təhsili verə bilməz.

Ausbildunglar təxmini 2 - 3,5 il davam edir (ixtisaslardan asılı olaraq).  Aylıq olaraq kursantlara 400-1200 avro arası stipendiya ödənilir. Ödənişin məbləği ixtisasla və bilavasitə Ausbildungu təklif edən müəssisədən asılıdır. (Yəni eyni ixtisas üçün bir yerdə 500 avro maaş təklif edilirsə, digər yerdə 700 təklif edilə bilər, stabil deyil).

Ausbildung müddətində qalmaq xərcləri və qidalanma bəzən işə götürən tərəfindən qarşılanır, ancaq bu bütün hallarda mümkün deyil (Bəzən iş verən sadəcə yer tapmaqda kömək edir, ancaq ödənişi kursant özü ödəyir.)

Almaniyaya Ausbildung üçün gələn şəxslər Alman səfirliklərində Milli viza (Visum D)  üçün müraciət etməlidirlər.

Hər birinizə Almaniyadakı təhsilinizdə və karyeralarınızda uğurlar və müvəffəqiyyətlər arzu edirik!

Məlumatlar və xəbərlər

Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
FSP Termini ilə alınan Viza
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər
Anerkennung

Sosial Media