Əgər artıq nigahinız bağlanıbsa (Azərbaycanda) və həyat yoldaşınız Almaniyada işləyirsə artıq siz ailə birləşməsi vizasına müraciət edə bilərsiniz. Bəzi əyalətlərdə və ya daha dəqiq desək bəzi Xaricilərlə iş İdarəsində (Miqrasiya İdarəsi) bəzi tələblər qoyula bilər.Bu tələblərdən bəziləri bunlardır:
1.Almaniyada işləyən həyat yoldaşı minimum 3 ay əmək haqqı almalıdır və bu haqda sənəd təqdim etməlidir.
2.Almaniyada işləyən həyat yoldaşı sınaq müddətini (Probezeit) başa vurmalıdır.(Bunu bəzi idarələr tələb edir)
3.Almaniyada işləyən həyat yoldaşın minimum əmək haqqı dəvət etdiyi ailə üzvlərinə kifayət etməlidir.(Bu zaman təmiz gəlirdən (netto) ev və digər kommunal xərclər, və s. çıxıldıqdan sonra dəvət edilən şəxslərin hər birinə uyğun məbləğ qalmalıdır.Bu məbləğ böyüklərdə 365 EUR , uşaqlarda isə 6 yaşa kimi 240 EUR, 6 yaşdan yuxarı uşaqlar üçün 270 EUR-dur.)
Viza üçün ilk öncə sənədləri hazırlamalı və sonra Azərbaycandakı ailə üzvlərinin hər biri üçün (uşaqlar üçün ayrıca) görüş (Termin) götürüb sənədləri təqdim etməlisiniz.Bunun üçün birbaşa səfirliyin öz saytından https://service2.diplo.de/rktermin/extern/choose_realmList.do?request_locale=de&locationCode=baku müraciət etməlisiniz. Sənədlərin işlənilmə müddəti 4-6 həftədək və daha çox çəkə bilər. Ailə birləşməsi üçün Milli vizaya müraciət zamanı aşağıdakı sənədlər tələb olunur:
1.Xarici pasport (ən azı 3 ay etibarlılıq müddəti olmalı; ən azı 2 səhifəsi boş olmalıdır)
Əsli və 2 ədəd surəti (əsas səhifə, möhür və qeyd olan səhifələrin)
2.Şəxsiyyət vəsiqəsi
Əsli və 2 ədəd surəti (hər iki üzü)
3.Ərizə forması və 54-cü maddə
Ərizə formasını səfirliyin saytında online şəkildə doldurulur daha sonra print olunur 2 ədəd. (https://videx-national.diplo.de/videx/visum-erfassung/#/videx-langfristiger-aufenthalt)
4.Biometrik pasport şəkli
Ərizənin üzərinə yapışdırılır. 2 ədəd, Ölçüsü 3.5x4.5 olur.
5.Nikah şəhadətnaməsi, alman dilinə tərcümə olunur
Əsli və 2 ədəd surəti
6.Doğum şəhadətnaməsi, alman dilinə tərcümə olunur
Əsli və 2 ədəd surəti
7.Almaniyada yaşayan həyat yoldaşı tərəfindən gondərilmiş qeyri-rəsmi dəvətnamə
(alman dilində olmalıdır, nümunəni saytın yükləmələr bölümündən yükləyə bilərsiniz)
Əsli və 2 ədəd surəti
8.Sığorta
Almaniyaya giriş günündən 90 günə kimi qüvvədə olmalıdır (Daha sonra Almaniyadakı həyat yoldaşın sığorta şirkəti ilə sığortalanacaqsınız).Əsli və 2 ədəd surəti
9.Alman dili Sertifikatı minimum A1 səviyyə
“Start Deutsch 1” və ya digər beynəlxalq A 1 səviyyəsində sertifikatlar; əsli və 2 ədəd surəti
10.Almaniyada yaşayan həyat yoldaşın şəxsiyyət vəsiqəsinin yaxud pasportunun və hazırda etibarlı yaşayış icazəsinin (və ya mavi kartın-Blaue Karte) surətləri
2 ədəd surəti
11.Viza rüsumu
75 Avro sənədləri səfirlikdə təqdim etdikdə ödənilir (manatla). Əlavə olaraq sənədlərin leqalizasiyası üçün ödəniş alına bilər