İş/Blaue Karte

Əgər Siz Almaniyada rezidentura keçmək istəyirsinizsə, bu halda Siz - əmək haqqının miqdarından asılı olaraq – „Yaşamaq haqqında Qanunun“ 19-cu maddəsinə uyğun Avropa İttifaqının Göy Kartı üçün müraciət edə bilərsiniz. Sizin minimum gəliriniz ayda ən az 3.484,- € (ildə 41.808 €, „Məşqulluq haqqında Qaydanın“ 2-ci maddəsinin, 2-ci bəndinə uyğun) yaxud ayda 4.467,- € (ildə 53.600 €, „Məşğulluq haqqında Qaydanın“ 2-ci maddəsinin, 1-ci bəndinə uyğun) məbləğində olmalıdır.Viza üçün ilk öncə sənədləri hazırlamalı və sonra görüş (Termin) götürüb sənədləri təqdim etməlisiniz.Bunun üçün birbaşa səfirliyin öz saytından https://service2.diplo.de/rktermin/extern/choose_realmList.do?request_locale=de&locationCode=baku  müraciət etməlisiniz. Sənədləri səfirlikdə birbaşa təqdim edirsiniz.Viza rüsumu 148 AZN (qiymətlər dəyişə bilir) manatla ödənilir. Sənədlərin işlənilmə müddəti 1 həftədən 2 həftəyədək və daha çox çəkə bilər. Blaue Karta müraciət üçün aşağıdakı sənədlər tələb olunur:

1.Xarici pasport (ən azı 3 ay etibarlılıq müddəti olmalı;ən azı 2 səhifəsi boş olmalıdır)

Əsli və 2 ədəd surəti (əsas səhifə, möhür və qeyd olan səhifələrin)

2.Şəxsiyyət vəsiqəsi

Əsli və 2 ədəd surəti (hər iki üzü)

3.Ərizə forması və 54-cü maddə

Ərizə formasını səfirliyin saytında online şəkildə doldurulur daha sonra print olunur 2 ədəd. (https://videx-national.diplo.de/videx/visum-erfassung/#/videx-langfristiger-aufenthalt)

4.Biometrik pasport şəkli

Ərizənin üzərinə yapışdırılır. 2 ədəd, Ölçüsü 3.5x4.5 olur

5.İş icazəsi (Berufserlaubnis)

Əsli və 2 ədəd surəti

6.İş müqaviləsi (Arbeitsvertrag)

Əsli və 2 ədəd surəti

7.Sığorta

Almaniyaya giriş günündən yerli sığorta alana kimi qüvvədə olmalıdır

8.Alman dili Sertifikatı minimum B2 səviyyə

Yalnız beynəlxalq sertifikatlar keçərlidir (Telc, Goethe və s.); əsli və 2 ədəd surəti

9.Diplom və diplomdan sonrakı ixtisaslamaya aid sənədlər (Rezidentura, İnternatura və s.)

Tərcümə olunur,əsli və 2 ədəd surəti

12.Tərcümeyi-hal

Alman dilində 2 ədəd

14.Viza rüsumu

75 Avro sənədləri səfirlikdə təqdim etdikdə ödənilir. (manatla)

Məlumatlar və xəbərlər

Fintiba hesabından Almaniyada istifadə edilməsi (Entsperrung)
Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
FSP Termini ilə alınan Viza
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər

Sosial Media