İş axtarma və İş icazəsi, Praktika, FSP (Əczaçı)

Siz bizim vasitəmizlə Almaniyada istənilən ixtisasda iş tapa və gələcək karyeranızı qura bilərsiniz. İstənilən Tibb Universitetinin Diplomu olan şəxslər bizim xidmətdən yararlana bilərlər. Daha sonra 2ci və əsas tələblərdən biri isə minimum B 2 səviyyəsində Beynəlxalq dil Sertifikatının olmasıdır (Telc. Goethe və s.).

İş axtarma  ilə bağlı müraciət etmək üçün səhifənin MÜRACİƏT ET bölümündən formu dolduraraq və ya bizim əlaqələrdən istifadə edərək (e-mail, whatsapp) lazım olan sənədləri bizə göndərə bilərsiniz.Daha sonra qısa zamanda müraciətiniz haqqında ətraflı məlumat alacaqsınız.

Əczaçı olaraq iş axtarma xidmətini paket şəklində, 2 dəfə ödəniş etməklə təklif edirik. Ümumi məbləğ 8000 AZN. İlkin olaraq tərəflər arasında müqavilə bağlanır və 2500 AZN depozit qoyulur. Daha sonra sənədlər hazırlanır və iş axtarma prosesi başlayır. Bundan sonra sizi iş görüşünə şifahi və yazılı olaraq hazırlayırıq. İşə qəbul sənədi (Zusage) aldıqdan sonra sənədlərin hazırlanıb İş icazəsi üçün verilməsini təşkil edirik (tərcümə və ya poçt xidmətləri ödənişə daxildir). İş icazəsi alındıqdan sonra işə başlamaq üçün lazım olan bütün sənədlərin toplanmasında bilavasitə köməklik edirik.Qalıq ödəniş (5000 AZN) işə başladıqdan sonra ödənilir. Bir sözlə bütün mərhələlərdə sizi dəstəkləyirik.

Və ya İş görüşü + Hospitasiya/Praktika paketini seçə bilərsiniz. Qiymət 9000 AZN. Bura İş görüşləri və 3 aylıq Praktika daxildir. (2500 AZN müqavilə zamanı və 6500 AZN maaş aldıqdan sonra 3 hissə olmaqla ödənilir)

Qeyd 1: Gələcək iş yeri seçimi üçün öncədən birlikdə qərar verilir (Hansı əyalətlərdə iş görüşlərinin axtarılması).

Qeyd 2: İş axtarışı zamanı Hospitasiya/Praktika xidmətimizdən istifadə edənlərə xüsusi güzəştlər edilir.

Qeyd 3: Sənədlərin təsdiq (Almaniyada beglaubigte Kopie) və Almaniyada andlı tərcüməsi qiymətə daxildir

Məlumatlar və xəbərlər

Fintiba hesabından Almaniyada istifadə edilməsi (Entsperrung)
Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
FSP Termini ilə alınan Viza
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər

Sosial Media