Hospitasiya

Hospitasiya üçün siz maksimum 90 günlük Şengen vizasına müraciət edə bilərsiniz. Vizanın Almaniyada və ya Azərbaycanda uzadılması mümkün deyildir. Viza üçün ilk öncə sənədləri hazırlamalı və sonra görüş (Termin) götürüb sənədləri təqdim etməlisiniz.Bunun üçün ya birbaşa səfirliyin öz saytından https://baku.diplo.de/az-az/service/visa-einreise/-/2073786  və ya Vizametrik şirkətinə https://www.visametric.com/Azerbaijan/Germany/az  müraciət etməlisiniz. Səfirliyə müraciət zamanı sənədləri Səfirlikdə birbaşa təqdim edirsiniz. Vizametrik şirkətində sənədləri vermək üçün həftə içi 1-5 günlər saat 12:00-a kimi görüşsüz, 12:00-dan sonra isə online görüş götürməlisiniz. Viza rüsumu 68 AZN (qiymətlər dəyişə bilir) manatla ödənilir. Vizametrikdə əlavə olaraq şirkət xidmətləri üçün 41 AZN (qiymətlər dəyişə bilir) ödəniş də alınır. Sənədlərin işlənilmə müddəti 3 gündən 2 həftəyə qədər və daha çox çəkə bilər. Hospitasiya üçün Şengen vizasına aşağıdakı sənədlər tələb olunur:

1.Xarici pasport (ən azı 3 ay etibarlılıq müddəti olmalı; ən azı 2 səhifəsi boş olmalıdır)

Əsli və 1 ədəd surəti (əsas səhifə, möhür və qeyd olan səhifələrin)

2.Şəxsiyyət vəsiqəsi

Əsli və 1 ədəd surəti (hər iki üzü)

2.1 Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər
- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (əsli + surəti)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə

Əsli və 1 ədəd surəti (hər iki üzü)

3.Ərizə forması

Ərizə formasını www.baku.diplo.de səhifəsindən yükləyib doldurursunuz, son səhifədən imzalanır. Üzərinə 1 ədəd biometrik şəkil yapışdırlır.

4.Biometrik passport şəkli

1 ədəd Ərizənin üzərinə yapışdırılır. Ölçüsü 3.5x4.5 olur.

5.Hospitasiya dəvəti

Əsli və 1 ədəd surəti

6.Qalma yerinə aid sənəd

Əgər Klinikada sizə pulsuz otaq verilirsə bunu təsdiq edən sənəd (Zimmerbestätigung) və ya Email varsa print edirsiniz, əks halda Hotel bron edirsiniz; əsli və 1 ədəd surəti

7.Sığorta

Almaniyaya giriş günündən çıxış gününə kimi qüvvədə olmalıdır (Almaniyada tanınan sığortalar, məs. Dr. Walter, Allianz və s.) Əsli və 1 ədəd surəti

8.Alman dili Sertifikatı minimum B1 səviyyə

Əgər Beynəlxalq dil sertifikatlarına sahibsinizsə (Telc, Goethe və s.) əsli və 1 ədəd surəti, əks halda hal-hazırda Alman dili keçdiyiniz kursdan olduğunuz səviyyəyə aid arayış alırsınız; əsli və 1 ədəd surəti

9.Səfər xərclərinin maliyələşməsi

İstənilən bankda (Azərbaycanda) hesab açıb, məbləği ora qoyub hesabdan çıxarış və ya arayış ala bilərsiniz. Məbləğ Avro və ya eyni ekvivalentdə digər pul vahidləri ilə (AZN, USD) ola bilər. Standart olaraq 1 günlük 40-45 Avro hesabda pul tələb olunur. Əgər pulsuz otaq və qidalanma alacaqsınızsa o zaman 1 günlük 25-35 avro kifayətdir. Arayış ingilis dilindədirsə tərcümə olunmur.Əks halda olunmalıdır.

10.Tələbələr – Universitetdən arayış alıb tərcümə edirsiniz; əsli və 1 ədəd surəti

     Həkimlər – Diplom və Əlavəsi  və əgər işləyirsinizsə iş yerindən arayış alıb tərcümə edirsiniz; əsli və 1 ədəd surəti

11.Uçuş Biletləri

Siz biletləri rezervasiya edə və ya ala bilərsiniz. Səfirlik biletlərin öncədən alınmasını məsləhət görmür!

12.Viza rüsumu

35 Avro sənədləri səfirlikdə təqdim etdikdə;  ~ 60 Avro sənədləri Vizametrikdə təqdim etdikdə (~25 Avro Vizametrik rüsumu); ödənişlər  hər iki halda manatla ödənilir

 Qeyd: Tərcümələr Azərbaycanda notarial təsdiqli və ya Almaniyada andlı tərcüməçilər tərəfindən olunmaldır!

ƏLAVƏ SƏNƏDLƏR

13.Tələbələr və hal-hazırda iş yeri olmayanlar

Valideynlərin, həyat yoldaşın və ya maliyələşdirən digər şəxsin iş yerindən arayış təqdim edə bilərsiniz; tərcümə olunur; əsli və 1 ədəd surəti

14.Əmlaka dair sənəd

Əgər adınıza hər hansı bir daşınan və ya daşınmaz əmlak varsa ona aid sənədi təqdim edə bilərsiniz; tərcümə olunur; əsli və 1 ədəd surəti

15.Övladı olanlar

Əgər ailədən tək valideyn və ya hər iki valideyn Hospitasiyaya gedirsə və uşaqlar Azırbaycanda qalırsa bu halda uşağın yanında qalacağı adama etibarnamə verilir; tərcümə olunur; əsli və 1 ədəd surəti

Məlumatlar və xəbərlər

Fintiba hesabından Almaniyada istifadə edilməsi (Entsperrung)
Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
FSP Termini ilə alınan Viza
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər

Sosial Media