Ümumi qaydalar

Almaniyada Rezidentura təhsilinə başlamaq üçün, 6 illik Ali Tibb təhsilini bitirmiş olmanız (Diplom) ilk və əsas şərtdir (1). Hər bir Universiteti bitirən şəxs Almaniyada Rezidentura təhsilinə başlaya bilər. Bunun üçün müəyyən şərtlər və mərhələlər vardır. İlk öncə siz beynəlxalq dil Sertifikatına (Telc, Goethe, Tesdaf və s.) minimum B2 səviyyəsində sahib olmalısınız (2). Dil səviyyəsinin yüksək olması iş axtarma prosesində sizin şansınızı artıracaq. Daha sonra hər hansı bir Klinikada iş görüşləri axtarır və dəvət gələn Klinikalara gedirsiniz, əgər sizin alman dili bilikləriniz və ixtisas bilgiləriniz onları qane edərsə bu zaman sizə onlarda işləyə biləcəyinizə dair sənəd (Zusage) verilir (3). Bundan sonra artıq siz Peşə iş icazəsi (Berufserlaubnis) üçün müraciət edə bilərsiz. İş icazəsi üçün lazım olan sənədlərin siyası həmin əyalətin Səhiyyə idarəsinin (Ärztekammer) saytında yerləşdirilmişdir (Saytımızın YÜKLƏMƏLƏR bölümündən də hər bir əyalətə aid sənədləri əldə edə bilərsiniz). Bu listə aid olan sənədləri toplayıb İş icazəsinə müraciət edirsiniz. (4). Daha sonra müəyyən bir müddət iş icazəsi sənədləriniz yoxlanılır və sonda sizə ya birbaşa iş icazəsi verilir (B2 Sertifikatı ilə yalnız Schleswig-Holsteinda)  və ya (digər bütün əyalətlərdə) öncə Tibbi alman dili imtahanı (FSP-Fachsprachprüfung) verməyiniz tələb olunur (5). FSP üçün tələb olunan ödənişi ödədikdə sizə imtahan üçün vaxt (Termin) gəlir. Və imtahanı verdikdə sizə C1 səviyyəsində Sertifikat verilir.FSP verdikdən sonra qısa zaman ərzində sizə İş icazəsi (Berufserlaubnis) verilir. İş icazəsi əksər Əyalətlərdə maksimum 2 illik verilir. Peşə iş icazəsi aldıqdan sonra artıq əsas mərhələlər bitmiş sayılır. Daha sonra siz işə başlamaq üçün bir sıra sənədləri həm xaricilərlə iş idarəsinə (Ausländerbehörde), İş agenturasına (Arbeitsagentur) və Klinikanıza təqdim etməlisiniz. Miqrasiya idarəsində siz Oturum izninə (Aufenthaltstitel) eyni zamanda əgər maaşınız aylıq olaraq təxminən 3500 Avro (Brutto) olarsa Mavi karta (Blaue Karte) müraciət edirsiz (6).Əsas proseslər burada gedir və sizə yaşayış icazəsi verildikdən sonra məlumatlarınız işləyəcəyiniz şəhərdəki İş agentliyinə (Arbeitsagentura) göndərilir və sizin ümumi iş icazəsinə müraciət etməniz təsdiqlənir (7). Hər iki idarə ümumilikdə sizə Oturum- və iş icazəsi (Aufenthaltstitel\Aufenthaltserlaubnis və Arbeitserlaubnis) verir və bundan sonra artıq sizin Klinikada çalışmağınıza rəsmi olaraq icazə verilmiş olunur. Daha sonra qısa olaraq müəyyən sənədləri Klinikanıza təqdim edirsiniz və işə başlayırsınız. Nəzərinizə çatdıraq ki bu proseslərdən sonra siz qanunla həkim kimi fəaliyyətə başlasanızda sizin rəsmi olaraq SƏRBƏST xəstə müalicə etmək hüququnuz olmur. Yəni siz Approbasiyalı (Almaniyada 6 illik ali Tibb təhsilini tamamladıqdan sonra tələbələr yekun olaraq bir neçə imtahan verərək aldığı bir sənəddir) həkimin nəzarətində işləyə bilərsiniz. 2 iliniz tamam olana kimi siz İş icazəsi ilə (Berufserlaubnis) problemsiz işləyə və məvacib ala bilərsiniz. Məvacibin məbləği Klinikadan asılıdır. Bu müddət ərzində siz Approbation üçün müraciət etməlisiniz və daha sonra ya imtahanla və ya sənədlərin yoxlanılması ilə Approbationa sahib olursunuz (8). Bundan sonra artıq sizin Almaniyada Rezidenturanız rəsmi olaraq sayılır.Approbationa qədər və ya Approbationdan sonra ixtisasınızı və klinikanızı dəyişə bilərsiniz. Rəsmi olaraq Approbationsuz işlədiyiniz müddət Rezidentura təhsili sayılmır.

Məlumatlar və xəbərlər

Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
FSP Termini ilə alınan Viza
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər
Anerkennung

Sosial Media