Almaniyada nəqliyyat sistemi

Almaniyada hansı nəqliyyat vasitəsinnən istifadə etmək daha sərfəlidir?

1.Təyyarə

Almaniya daxilində və Avropaya səfərlərinizdə istifadə edə biləcəyiniz ucuz aviaşirkətlər:
Ryanair (www.ryanair.com), Wizzair (www.wizzair.com), Deutsche Lufthansa (www.lufthansa.com)

2.Qatar 

Almaniyada şəhərlərarası rahat nəqliyyat vasitəsi kimi əvəzedilməzdir.Siz günlük, həftəsonu, aylıq və s. endirimli biletləri www.bahn.de saytınnan və ya istənilən qatar dayanacaqlarınnan və ya qatarların içərisindəki avtomatlardan ala bilərsiniz.

3.Avtobus

Əgər Almaniyada uzun müddətə qalacaqsınızsa və hər gün şəhər daxili və ya qonşu şəhərlərə səfər edəcəksinizsə onda yalnız avtobusdan istifadə daha sərfəlidir.Ya aylıq biletlər yada həftəlik biletlər alın. Şəhərarası və ya regiondaxili avtobuslar üçün biletləri həm dayanacaqlardakı avtomatlardan həmdə avtobusa minərkən ödəyə bilərsiniz.
Əgər 2 uzaq şəhər arasında gediş etmək istəyirsinizsə o zaman Flixbus avtobuslarından istifadə edin.Ucuz və rahat avtobuslarda WC, elektrik başlıqları və s. olur. Siz biletləri Flixbus məntəqələrindən və ya www.flixbus.de saytınnan online ala bilərsiniz.

4.Taksi

Almaniyada Azərbaycana nisbətən nəqliyyat vasitələri baha olduğundan taksi də bir o qədər baha başa gəlir.Xüsusi taksi xidmətlərini siz şəhərdə hər gün görə bilərsiniz. Yox əgər siz iki uzaq şəhər arasında taksiylə hərəkət etmək istəyirsinizsə o zaman bla-blacar xidmətindən istifadə etməyiniz məsləhətdir. www.blablacar.de saytına gediş gəliş yerinizi və vaxtınızı yazmaqla həmin istiqamətdə öz maşınıyla gedən insanları görə bilərsiniz ki qiymətləri də çox ucuz təklif edirlər.