Həkimlər üçün peşə və iş icazələrinin alınması

Həkim yoldaşlarımızın tez-tez rastlaşdığı Problem və bizim məsləhətimiz.

Peşə icazəsi (Berufserlaubnis - BE) alındıqdan sonra həkimlər yenə də işə başlaya bilmirlər. 1-ci əksər Kolleqalar FSP imtahanı üçün Milli D Vizası ilə Almaniyaya gəlirlər. Bu viza da işləməyə icazə (Arbeitserlaubnis) vermir. 2-ci vizanın müddəti 3 aylıq olur. Bir sözlə kolleqalar üçün BE-dən sonra 2 sənəd almaq lazım olur. 1. Vizanı uzatmaq (və ya oturum almaq, Aufenthaltserlaubnis ve ya Aufenthaltstitel) və 2. İş agentliyindən (Arbeitsagentur) verilən icazə (İş icazəsi, Arbeitserlaubnis). Sənədləri almaq üçün aşağıdakı prosesləri göstərilən ardıcıllıqla etmək lazımdır:

  1. İşləyəcəyiniz şəhərdə (Rathaus və ya Stadtverwaltungda) qeydiyyata düşməlisiniz (Anmeldung), (kirayə evə, klinikanın yataqxanasına, qohum evinə və s.). Qeydiyyata düşmək üçün 2 sənəd gərəkir, Xarici passport və ev sahibinin qeydiyyata düşmənizə verdiyi icazə (Wohngeberbestätigung).
  2. Həmin şəhərin aid olduğu miqrasiya idarəsinə (Ausländerbehörde) hər iki sənəd üçün müraciət edirsiz. Əlavə olaraq iş müqaviləsi (Arbeitsvertrag) və digər sənədlər istənilir (Diplom, BE, FSP, Sertifikat və s.). Bir qayda olaraq Miqrasiya idarəsi özü Arbeitsagentur ilə əlaqə saxlayıb hər iki sənədi birgə sizə təqdim edir. Əgər maaşınız 3.666 Avro və çox olarsa (ancaq həkimlərdə, digər peşə sahibləri üçün aylıq 4700 Avrodan çox olmalıdır) o zaman Blaue kart verilir. Kartın özü hər iki sənədi əvəz edir, həm oturum həm də iş icazəsini, kart 1 - 1,5 aya gəlir. Ona kimi sizə müvəqqəti hər iki sənədi əvəz edən sənəd verilir (Fiktionsbescheinigung və s.). Bu variant Alman idarələrində bəzən 1 neçə günnən bir neçə aya kimi davam edə bilir. Bu da kolleqalarımıza problem olur. Ona görə məsləhətimiz Bakıya qayıdıb iş vizası alıb gəlməkdir (Təbii ki, kim tələsmirsə gözləyə bilər). Bakıdan müraciət üçün BE və Arbeitsvertrag mütləq lazımdr. Verilən viza həm oturum həm də Arbeitserlaubnisi əvəz edir deyə Almaniyaya çatan kimi işə başlaya bilərsiniz. Əgər düşünürsüz ki, bilet bahadır və əlavə xərcdir. O zaman düşünün ki, 1 gündə ortalama 90 avro itirirsiz iləmədiyiniz halda 😊

 

Hörmətlə,

DEAZMED MMC

Информация и новости

Fintiba hesabından Almaniyada istifadə edilməsi (Entsperrung)
Həkimlər üçün peşə və iş icazələrinin alınması
Həkimlər üçün endirimli iş axtarma xidməti
Almaniyada nəqliyyat sistemi
Tələbələrə özəl olaraq hazırladığımız Endirimlər

Социальная медиа