Famulatur

Famulatur tələbər üçün Alman Klinikalarda praktikadır.Hospitasiyadan fərq ondadırki siz bu zaman müəyyən məvacib alıb işləyirsiniz.Famulatur üçün siz maksimum 90 günlük Şengen vizasına müraciət edə bilərsiniz. Vizanın Almaniyada və ya Azərbaycanda uzadılması mümkün deyil. Viza üçün ilk öncə sənədləri hazırlamalı və sonra görüş (Termin) götürüb sənədləri təqdim etməlisiniz.Bunun üçün ya birbaşa səfirliyin öz saytından https://baku.diplo.de/az-az/service/visa-einreise/-/2073786  və ya Vizametrik şirkətinə https://www.visametric.com/Azerbaijan/Germany/az  müraciət etməlisiniz. Səfirliyiə müraciət zamanı sənədləri Səfirlikdə birbaşa təqdim edirsiniz. Vizametrik şirkətində sənədləri vermək üçün həftə içi 1-5 günlər saat 12:00-a kimi görüşsüz, 12:00-dan sonra isə online görüş götürməlisiniz. Viza rüsumu 68 AZN manatla ödənilir. Vizametrikdə əlavə olaraq şirkət xidmətləri üçün 41 AZN ödənişdə alınır. Sənədlərin işlənilmə müddəti 3 gündən 2 həftəyədək və daha çox çəkə bilər. Hospitasiya üçün Şengen vizasına aşağıdakı sənədlər tələb olunur:

1.Xarici pasport (ən azı 3 ay etibarlılıq müddəti olmalı; ən azı 2 səhifəsi boş olmalıdır)

Əsli və 1 ədəd surəti (əsas səhifə, möhür və qeyd olan səhifələrin)

2.Şəxsiyyət vəsiqəsi

Əsli və 1 ədəd surəti (hər iki üzü)

3.Ərizə forması

Ərizə formasını www.baku.diplo.de səhifəsindən yükləyib doldurursunuz, son səhifədən imzalanır. Üzərinə 1 ədəd biometrik şəkil yapışdırlır.

4.Biometrik pasport şəkli

1 ədəd Ərizənin üzərinə yapışdırılır. ölçüsü 3.5x4.5 olur.

5.Famulatur dəvəti

Əsli və 1 ədəd surəti

6.Qalma yerinə aid sənəd

Əgər Klinikada sizə pulsuz otaq verilirsə bunu təsdiq edən sənəd (Zimmerbestätigung) və ya     E-mail varsa print edirsiz, əks halda Hotel bron edirsiniz; əsli və 1 ədəd surəti

7.İş icazəsi (Arbeitserlaubnis)

Famulatur müddıtində siz məvacib alacaqsıznız  və xəstələrlə təmasınla icazə veriləcək. Bunun üşün sizə Almaniyada işləmək üçün iş icazəsi tələb olunur. Bunu Klinikanın vasitəsilə və ya özünüz edə bilərsiniz. İş icazəsi gedəcəyiniz bölgəyə baxan Arbeitsagenturdan alınır. Xüsusi formuları dolduraraq və tələb olunan digər sənədləri göndərirsiniz və İş icazəsi (Arbeitserlaubnis) alırsınız; əsli və 1 ədəd surəti

8.Sığorta

Almaniyaya giriş günündən çıxış gününə kimi qüvvədə olmalıdır. Əsli və 1 ədəd surəti

9.Alman dili Sertifikatı minimum B1 səviyyə

Əgər Beynəlxalq dil sertifikatlarına sahibsinizsə (Telc, Goethe və s.) əsli və 1 ədəd surəti, əks halda hal-hazırda Alman dili keçdiyiniz kursdan olduğunuz səviyyəyə aid arayış alırsız; əsli və 1 ədəd surəti

10.Səfər xərclərinin maliyələşməsi (Bankdan arayış və çıxarış)

İstənilən bankdan hesab açıb, məbləği ora qoyub hesabdan çıxarış və ya arayış ala bilərsiniz. Məbləğ Avro və ya eyni ekvivalentdə digər pul vahidləri ilə (AZN, USD) ola bilər. Standart olaraq 1 günlük 40-45 Avro hesabda pul tələb olunur. Əgər pulsuz otaq və qidalanma alacaqsızsa o zaman 1 günlük 25-35 avro kifayətdir. Arayış ingilis dilindədirsə tərcümə olunmur.Əks halda olunmalıdır.

Əsli və 1 ədəd surəti

11.Universitetdən arayış

Tərcümə edirsiniz; əsli və 1 ədəd surəti

12.Uçuş Biletləri

Siz biletləri rezervasiya edə və ya ala bilərsiniz. Səfirlik biletlərin öncədən alınmasını məsləhət görmür!

Əsli və 1 ədəd surəti

13.Viza rüsumu

35 Avro sənədləri səfirlikdə təqdim etdikdə;  ~ 60 Avro sənədləri Vizametrikdə təqdim etdikdə (~25 Avro Vizametrik rüsumu); ödənişlər  hər iki halda manatla ödənilir

ƏLAVƏ SƏNƏDLƏR

14.Maliyələşdirən şəxsin iş yerindən arayış

Valideynlərin, həyat yoldaşın və ya maliyələşdirən digər şəxsin iş yerindən arayış təqdim edə bilərsiniz; tərcümə olunur; əsli və 1 ədəd surəti

15.Əmlaka dair sənəd

Əgər adınıza hər hansı bir daşınan və ya daşınmaz əmlak varsa ona aid sənədi təqdim edə bilərsiniz; tərcümə olunur; əsli və 1 ədəd surəti

16.Övladı olanlar

Əgər ailədən tək valideyn və ya hər iki valideyn Famulatur üçün gedirsə və uşaqlar Azırbaycanda qalırsa bu halda uşağın yanında qalacağı adama etibarnamə verilir; tərcümə olunur; əsli və 1 ədəd surəti