İş/Blaue Karte

Əgər Siz Almaniyada rezidentura keçmək istəyirsinizsə, bu halda Siz - əmək haqqının miqdarından asılı olaraq – „Yaşamaq haqqında Qanunun“ 19-cu maddəsinə uyğun Avropa İttifaqının Göy Kartı üçün müraciət edə bilərsiniz. Sizin minimum gəliriniz ayda ən az 3.484,- € (ildə 41.808 €, „Məşqulluq haqqında Qaydanın“ 2-ci maddəsinin, 2-ci bəndinə uyğun) yaxud ayda 4.467,- € (ildə 53.600 €, „Məşğulluq haqqında Qaydanın“ 2-ci maddəsinin, 1-ci bəndinə uyğun) məbləğində olmalıdır.Viza üçün ilk öncə sənədləri hazırlamalı və sonra görüş (Termin) götürüb sənədləri təqdim etməlisiniz.Bunun üçün birbaşa səfirliyin öz saytından https://service2.diplo.de/rktermin/extern/choose_realmList.do?request_locale=de&locationCode=baku  müraciət etməlisiniz. Sənədləri səfirlikdə birbaşa təqdim edirsiniz.Viza rüsumu 148 AZN manatla ödənilir. Sənədlərin işlənilmə müddəti 1 həftədən 2 həftəyədək və daha çox çəkə bilər. Blaue Karta müraciət üçün aşağıdakı sənədlər tələb olunur:

1.Xarici pasport (ən azı 3 ay etibarlılıq müddəti olmalı;ən azı 2 səhifəsi boş olmalıdır)

Əsli və 2 ədəd surəti (əsas səhifə, möhür və qeyd olan səhifələrin)

2.Şəxsiyyət vəsiqəsi

Əsli və 2 ədəd surəti (hər iki üzü)

3.Ərizə forması və 54-cü maddə

Ərizə formasını səfirliyin saytında online şəkildə doldurulur daha sonra print olunur 2 ədəd. (https://videx-national.diplo.de/videx/visum-erfassung/#/videx-langfristiger-aufenthalt)

4.Biometrik pasport şəkli

Ərizənin üzərinə yapışdırılır. 2 ədəd, Ölçüsü 3.5x4.5 olur

5.İş icazəsi (Berufserlaubnis)

Əsli və 2 ədəd surəti

6.İş müqaviləsi (Arbeitsvertrag)

Əsli və 2 ədəd surəti

7.Sığorta

Almaniyaya giriş günündən yerli sığorta alana kimi qüvvədə olmalıdır

8.Alman dili Sertifikatı minimum B2 səviyyə

Yalnız beynəlxalq sertifikatlar keçərlidir (Telc, Goethe və s.); əsli və 2 ədəd surəti

9.Diplom və diplomdan sonrakı ixtisaslamaya aid sənədlər (Rezidentura, İnternatura və s.)

Tərcümə olunur,əsli və 2 ədəd surəti

12.Tərcümeyi-hal

Alman dilində 2 ədəd

14.Viza rüsumu

75 Avro sənədləri səfirlikdə təqdim etdikdə ödənilir. (manatla)