İş axtarma

Həkimlər Almaniyada iş axtarmaq üçün maksimum 180 günlük Milli  vizaya müraciət edə bilərlər. Vizanın Almaniyada uzadılması mümkündür.Bunun üçün sizin ciddi səbəbiniz olmalıdır (FSP imtahının termini, iş icazəsinin alınması və s.).Viza üçün ilk öncə sənədləri hazırlamalı və sonra görüş (Termin) götürüb sənədləri təqdim etməlisiz.Bunun üçün birbaşa səfirliyin öz saytından https://service2.diplo.de/rktermin/extern/choose_realmList.do?request_locale=de&locationCode=baku  müraciət etməlisiniz. Sənədləri səfirlikdə birbaşa təqdim edirsiniz.Viza rüsumu 148 AZN manatla ödənilir. Sənədlərin işlənilmə müddəti 1 həftədən 2 həftəyə və daha çox çəkə bilər. İş axtarmaq üçün Milli vizaya müraciət üçün aşağıdakı sənədlər tələb olunur:

1.Xarici pasport (ən azı 3 ay etibarlılıq müddəti olmalı;ən azı 2 səhifəsi boş olmalıdır)

Əsli və 2 ədəd surəti (əsas səhifə, möhür və qeyd olan səhifələrin)

2.Şəxsiyyət vəsiqəsi

Əsli və 2 ədəd surəti (hər iki üzü)

3.Ərizə forması və 54-cü maddə

Ərizə formasını səfirliyin saytında online şəkildə doldurulur daha sonra print olunur 2 ədəd. (https://videx-national.diplo.de/videx/visum-erfassung/#/videx-langfristiger-aufenthalt)

4.Biometrik pasport şəkli

Ərizənin üzərinə yapışdırılır. 2 ədəd, ölçüsü 3.5x4.5 olur.

5.İş görüşlərinizə dair yazışmalar, iş görüşünə dair dəvətlər

Əsli və 2 ədəd surəti

6.Qalma yerinə aid sənəd

Hotel bron edirsiz; əsli və 2 ədəd surəti

7.Sığorta

Almaniyaya giriş günündən çıxış gününə kimi qüvvədə olmalıdır, 180 günlük olmalıdır.Əsli və 2 ədəd surəti

8.Alman dili Sertifikatı minimum B2 səviyyə

Yalnız beynəlxalq sertifikatlar keçərlidir (Telc, Goethe və s.); əsli və 2 ədəd surəti

9.Səfər xərclərinin maliyələşməsi

Yalnız Alman banklarında bağlı hesab (Sperrkonto) açıb , məbləği hesaba köçürdükdən sonra hesabdan çıxarış və ya təsdiq sənədi print edirsiniz; əsli və 2 ədəd surəti. Hesabda təxminən 5900 Avro olmalıdır (1 ay üçün hazırda 947 Avro tələb olunur)

10.Diplom və diplomdan sonrakı ixtisaslamaya aid sənədlər (Rezidentura, İnternatura və s)

Tərcümə olunur,əsli və 2 ədəd surəti

11.İş yerindən arayış

İşləyənlərə aiddir;arayış tərcümə olunur, əsli və 2 ədəd surəti

12.Tərcümeyi-hal

Alman dilində 2 ədəd

13.Motivasiya məktubu

Almaniyadakı planlarınız haqqında ümumi məlumatlar toplusudur. (nümunəni saytımızdan yükləyə bilərsiniz)

14.Viza rüsumu

75 Avro sənədləri səfirlikdə təqdim etdikdə ödənilir. (manatla)

15.Diplomun təsdiqi

Həkimlik fəaliyyəti üçün iş yeri axtararkən: xarici təhsil diplomunun səlahiyyətli orqan tərəfindən rəsmi tanındığını sübut edəcək sənəd. Sənədlərin tanınması üçün hansı idarənin cavabdeh olduğunu bu internet səhifəsindən araşdıra bilərsiniz: www.anerkennung-in-deutschland.de (Bu barədə saytımızda və facebook səhifəmizdə ətraflı yazmışıq)

 

ƏLAVƏ SƏNƏDLƏR

16.Hal-hazırda iş yeri olmayanlar

Valideynlərin, həyat yoldaşın və ya maliyələşdirən digər şəxsin iş yerindən arayış təqdim edə bilərsiniz; tərcümə olunur; əsli və 2 ədəd surəti

17.Əmlaka dair sənəd

Əgər adınıza hər hansı bir daşınan və ya daşınmaz əmlak varsa ona aid sənədi təqdim edə bilərsiniz; tərcümə olunur; əsli və 2 ədəd surəti

18.Övladı olanlar

Əgər ailədən tək valideyn və ya hər iki valideyn İş axtarma vizası ilə gedirsə və uşaqlar Azərbaycanda qalırsa bu halda uşağın yanında qalacağı adama etibarnamə verilir; tərcümə olunur; əsli və 2 ədəd surəti